Bank Of Baku

Yaşayış minimumu ilə minimum əməkhaqqının məbləği bərabərləşdiriləcək

Yaşayış minimumu ilə minimum əməkhaqqının məbləği bərabərləşdiriləcək
# 04 noyabr 2011 12:58 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycanda 2013-cü ildən etibarən yaşayış minimumu ilə minimum əməkhaqqının məbləği bərabərləşdiriləcək. APA-nın məlumatına görə, bunu Milli Məclisin Sosial siyasət komitəsinin iclasında İqtisadi İnkişaf Nazirliyinin İqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Ədalət Muradov deyib. O bildirib ki, bu, Avropa Xartiyasının tələbidir və Azərbaycan hökuməti də bu istiqamətdə işlər aparır.

Qeyd edək ki, Azərbaycanda 2011-ci il üçün yaşayış minimumu adambaşına 95 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 102 manat, pensiyaçılar üçün 72 manat, uşaqlar üçünsə 76 manat səviyyəsində nəzərdə tutulub. Minimum əməkhaqqı 85 manatdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR