Bank Of Baku

Çindən Azərbaycana gətirilən sarımsaq yoxlanılıb

Çindən Azərbaycana gətirilən sarımsaq yoxlanılıb
# 04 noyabr 2011 13:30 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Nəzarət Toksikologiya Laboratoriyası yerli və xaricdən ölkəmizə gətirilən sarımsaq məhsulunun müqayisəli yoxlamasını aparıb. Bu haqda APA-ya laboratoriyanın rəhbəri Yaqub İbrahimov məlumat verib. Y. İbrahimov deyib ki, Çindən Azərbaycana gətirilən və ölkəmizdə becərilən sarımsaqların tərkibi və keyfiyyəti yoxlanılıb: “Yoxlamanın nəticələrinə əsasən, Azərbaycanda və Çində becərilən sarımsaqlarda insan orqanizmi üçün təhlükəli heç nə aşkarlanmayıb. Amma ümumi dadına və qoxusuna, təsiretmə xüsusiyyətinə görə, yerli sarımsaq Çindən gətirilən məhsuldan daha üstündür”. Y. İbrahimov bu fərqi Azərbaycanın təbiəti və torpaqlarının daha məhsuldar olması ilə əlaqələndirib.

Laboratoriya rəhbəri yerli və xaricdən idxal olunan digər meyvə-tərəvəz məhsullarının da müqayisəli şəkildə yoxlamalarının aparılacağını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR