Bank Of Baku

Azərbaycanda “Bayraq festivalı” keçirilib - FOTOSESSİYA

Azərbaycanda “Bayraq festivalı” keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 04 noyabr 2011 14:18 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Gənclər və İdman Nazirliyi (GİN) və İctimai Teleradionun birgə təşkilatçılığı ilə “9 noyabr - Dövlət Bayrağı günü”nə həsr olunmuş “Bayraq Festivalı” keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən GİN-in vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sektorunun müdiri müdiri Əli Məmmədov bildirib ki, Azərbaycanda ilk dəfədir belə festival keçirilir. Gələcəkdə “Bayraq festivalı” daha geniş şəkildə, Azərbaycanın digər şəhər və rayonlarında da keçiriləcək. Ə. Məmmədov deyib ki, festival çərçivəsində bayraq şəkilləri müsabiqəsi də keçiriləcək və 3 qalib elan olunacaq. Məqsəd gənclərdə bayrağa və digər dövlət atributlarına sevgini artırmaqdır.

Millət vəkili Qənirə Paşayeva isə bildirib ki, bayraq hər bir millətin qürur mənbəyidir: “Gənclər arasında dövlət rəmzlərinin təbliği daha geniş aparılmalıdır. Bu bayrağı əldə etmək üçün xalqımız çox mücadilələrdən keçib. Biz Azərbaycan Xalq Cümhuriyyətinin varisiyik və onun bayrağını qəbul etmişik. Hər bir gənc bu bayrağın Qarabağda dalğalanması üçün əlindən gələni etməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR