Bank Of Baku

Göyçayda çəkisi 1 kiloqram 250 qram olan narı yetişdirən şəxsə mükafat verilib

Göyçayda çəkisi 1 kiloqram 250 qram olan narı yetişdirən şəxsə mükafat verilib
# 04 noyabr 2011 14:39 (UTC +04:00)
Göyçay. Elvin Yaqubov - APA. Göyçay rayonunda keçirilən VI Nar bayramı çərçivəsində təşkil edilən müsabiqə və oyunlar maraqla izlənib. APA-nın məlumatına görə, tədbirdə əl əməyi ilə ən çox nar şirəsi hazırlayan şəxsə 200 manat, dənələrini yerə salmadan ən tez nar yeyən şəxsə 150 manat və ən böyük narı yetişdirən şəxsə 300 manat pul mükafatı verilib. Dövranlı kəndində yetişdirilən narın çəkisi 1 kiloqram 250 qram olub.
Tədbirdə məlumat verilib ki, bu gün Göyçayda 40-a yaxın nar sortu yetişdirilir. Narın şirəsindən və qabığından 20-yə yaxın xəstəliyin müalicəsində istifadə olunur. Göyçayda torpaq sahibləri nar bağlarının ərazisini genişləndirərək 3191 hektara çatdırıblar. Ötən il rayonda 31 min ton nar tədarük edilib. Cari ildə 40 tona yaxın məhsul yığılacağı gözlənilir. Bu günədək bağlardan 28 ton məhsul toplanıb. Bu da kəndlilərin büdcəsinə 8 milyon manata yaxın vəsaitin daxil olması deməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR