Bank Of Baku

Ceyhun Osmanlı: “Xalqımızın qədim narçılıq ənənələrini təbliğ etmək və min bir dərdin dərmanı olan bu meyvəni dünyaya tanıtmağa haqqımız var”

Ceyhun Osmanlı: “Xalqımızın qədim narçılıq ənənələrini təbliğ etmək və min bir dərdin dərmanı olan bu meyvəni dünyaya tanıtmağa haqqımız var”
# 04 noyabr 2011 16:21 (UTC +04:00)
Göyçay. Elvin Yaqubov-APA. Göyçayda keçirilən VI Nar Bayramında iştirak edən “İrəli” İctimai Birliyinin sədri, Milli Məclisin deputatı Ceyhun Osmanlı APA-ya açıqlamasında bu tədbirin artıq beynəlxalq səviyyədə qeyd olunduğunu bildirib: “Nar bir meyvə olmaqla yanaşı böyük mədəni hadisəyə səbəb olub. Narla bağlı bədii əsərlər, şeirlər yazılır, onun şəninə mahnılar bəstələnir, festival təşkil edilir. Dünyanın müxtəlif ölkələrində meyvə-tərəvəz məhsulları ilə bağlı belə festivallar keçirilir. Lakin, nar qədər dəyərli bir meyvənin ölkəmizdə yerli səviyyədə qeyd olunması, bununla bağlı adət-ənənələrimizin zəngin olduğu halda onun az təbliğ edilməsi “İrəli” İctimai Birliyi tərəfindən birmənalı qarşılanmır. Erməni gəncləri, millətçiləri nar meyvəsindən təbliğat kimi istifadə edərək ölkələrini bu yolla tanıtmağa çalışırlar. Guya nar onların mədəniyyətində ən qədim bir meyvə olub. Bizim gənclər təşkilatı rayon icra hakimiyyəti ilə birgə ermənilərin bu yalanına haqlı cavab olaraq builki Nar Bayramını daha çox xarici qonağın iştirakı ilə keçirməyə nail oldu. Bizim xalqın qədim narçılıq ənənələri olduğunu təbliğ etmək və min bir dərdin dərmanı olan bu meyvəni dünyaya tanıtmağa haqqımız var. Ölkə prezidenti İlham Əliyevin təşəbbüsü və xeyir-duası ilə artıq altıncı dəfədir ki, keçirilən bu nar bayramı ildən-ilə beynəlxalq tədbirə çevrilir. Bu tədbirdə 15 ölkədən 30 fəal gəncin, 11 ölkənin Azərbaycandakı səfirinin, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələrinin, ümumilikdə 100-dən artıq yerli və xarici rəsmi qonağın iştirak etməsi bayramın beynəlxalq əhəmiyyətə malik olduğunu göstərir. Bu gün strateji məhsula çevrilən narın və ondan hazırlanan məhsulların xarici ölkələrə ixrac edilməsi bizi çox sevindirir. Son 5 ildə Göyçayda nar bağlarının ümumi sahəsinin 3 dəfə artaraq 3200 hektara çatması, eləcə də kəndli fermerlərin ailə büdcəsinə hər il 8 milyon manata yaxın vəsaitin məhz nar məhsulunun satışından daxil olması bu sahənin perspektivli sahə olduğunu göstərir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR