Bank Of Baku

Atatürk Universitetində Azərbaycan vətəndaşına qaraciyər köçürülüb

Atatürk Universitetində Azərbaycan vətəndaşına qaraciyər köçürülüb
# 05 noyabr 2011 10:28 (UTC +04:00)
Gürcüstan. Nizami Məmmədzadə - APA. Türkiyənin Ərzurum şəhərində yerləşən Atatürk Universitetinin Əziziyyə Araşdırma Xəstəxanasının Orqan Nəqli və Uyqulama Mərkəzində bir Azərbaycan vətəndaşına qardaşından alınan qaraciyər köçürülüb.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, mətbuat konfransında mərkəzin rəhbəri Dos. Dr. Bülent Aydınlı 2009-cu ildə Hepatit-B diaqnozu qoyulan və qaraciyər serrozu olan 23 yaşlı Azərbaycan vətəndaşı Fərman Məmmədova Atatürk Universitetinin hüquq fakültəsində oxuyan qardaşı Ömərdən uğurla qaraciyər nəql edildiyini söyləyib.
Atatürk Universitetinin Əziziyyə Araşdırma Xəstəxanasının Orqan Nəqli və Uyqulama Mərkəzində 2004-cü ilin may ayında canlı böyrək nəqli əməliyyatlarına başlandığını xatırladan B.Aydınlı indiyə qədər 98 xəstəyə böyrək, 22 xəstəyə isə qaraciyər nəqli əməliyyatı həyata keçirildiyini, bu mərkəzin Türkiyənin Gürcüstan və Azərbaycanla sərhəd bölgələrini əhatə edən şərq regionunda yeganə orqan nəqli mərkəzi olduğunu deyib.
Mətbuat konfransında iştirak edən Atatürk Universitetinin tibb fakültəsinin dekanı Prof. Dr. Səlcuq Atamanalp isə son illərdə fakültələrinin çox uğurlara imza atdığını, orqan köçürmə məsələsində beynəlxalq standartlara çatdıqlarını vurğulayıb.
Universitetinin rektoru Prof. Dr. Hikmət Koçak isə tikintisi tamamlanan yeni universitet xəstəxanasının binasında 30 yataqlı müasir orqan nəqli mərkəzinin fəaliyyət göstərəcəyini, ən son texnologiya ilə təchiz edildiyini və palatalarının hotel standartlarında olduğunu bildirib: “Artıq ölkəmizin sayılıb seçilən tibb fakültələrindən və xəstəxanalarından birinə sahibik. Orqan nəqli mərkəzi Şərqi Anadoluya xidmət edir. Qonşu ölkələrdən də mərkəzə xəstələr gələcək. Bu günlərdə isə Azərbaycandan gələn xəstəyə qardaşından alınaraq köçürülən qaraciyər nəqlini gerçəkləşdirdik. Bu, bizim böyük uğurumuzdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR