Bank Of Baku

Bu gün Bakıda IV Beynəlxalq Təhsil Sərgisi açılıb

Bu gün Bakıda IV Beynəlxalq Təhsil Sərgisi açılıb
# 05 noyabr 2011 10:11 (UTC +04:00)
APA-nın məlumatına görə, sərginin açılışında çıxış edən təhsil nazirinin müavini Qulu Novruzov bildirib ki, sərgidə dünyanın 50-yə yaxın təhsil müəssisəsindən 15 təmsilçi iştirak edir: “Sərgidə Böyük Britaniya, Kanada, Türkiyə, Polşa, Ukrayna, Litva, Rusiya və Kiprin müxtəlif universitetləri, təhsil müəssisələri təmsil olunur. Sərginin keçirilməsində məqsəd xarici təhsil müəssisələrinin nümayəndələri ilə tələbələrimizin təmaslarını təşkil etməkdir”.

Nazir müavini deyib ki, Azərbaycanda həyata keçirilən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində bu il də daxil olmaqla 1200-dək gənc xaricdə təhsil almağa göndərilib. Sərgidə iştirak edən universitetlər arasında dövlət proqramı çərçivəsində təhsilin mümkün olduğu universitetlər də var.

Qeyd edək ki, sərgidə iştirak edən universitetlərdə illik təhsil haqları 3-15 min dollar arasında dəyişir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR