Bank Of Baku

Ombudsmanın nümayəndələri Şamaxı və Qobustan RPŞ-nin müvəqqəti saxlama təcridxanalarına baxış keçirib

Ombudsmanın nümayəndələri Şamaxı və Qobustan RPŞ-nin müvəqqəti saxlama təcridxanalarına baxış keçirib
# 05 noyabr 2011 12:26 (UTC +04:00)
Bakı - APA. Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın tapşırığına əsasən, Şamaxı və Qobustan rayon polis şöbələrinin (RPŞ) müvəqqəti saxlama təcridxanalarına (MST) başçəkmələr həyata keçirərərk, saxlanma şəraitini araşdırıblar.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, MST-lərdə saxlanılan şəxslərlə söhbət aparılıb, onlara hüquqları izah olunub. Həmin şəxslər saxlanma şəraitindən, müəssisə rəhbərliyi və əməkdaşları tərəfindən onlara qarşı rəftardan narazılıq etməyiblər.

MPM qrupunun üzvləri adı çəkilən müəssisələrdə saxlanmanın qanuniliyini təsdiq edən sənədlərlə də tanış olublar. Eyni zamanda Qobustan RPŞ-nin MST-də həkim otağının olmadığı, Şamaxı RPŞ-nin MST-də isə sənədlərin tərtibində bəzi çatışmazlıqların olduğu müəyyən edilib. Həmin nöqsanlar müəssisə rəhbərliyinin diqqətinə çatdırılıb və aradan qaldırılması üçün tövsiyələr verilib.

Baxış keçirilmiş müəssisələrin rəhbərliyinə saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR