Bank Of Baku

Ombudsmanın nümayəndəsi Ədliyyə Akademiyasında mühazirə oxuyub

Ombudsmanın nümayəndəsi Ədliyyə Akademiyasında mühazirə oxuyub
# 05 noyabr 2011 13:07 (UTC +04:00)
Bakı - APA. İnsan Hüquqları üzrə Müvəkkil Aparatının şöbə müdiri, Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) qrupunun rəhbəri Vüqar Məhərrəmov ədliyyə orqanlarına ilk dəfə qulluğa qəbul edilən namizədlərin peşə fəaliyyətinə buraxılması məqsədilə Ədliyyə Akademiyasında təşkil olunmuş icbari təlim kursunda “Ombudsman təsisatı insan hüquqlarını etibarlı müdafiə edir” mövzusunda mühazirə ilə çıxış edib.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Müvəkkilin nümayəndəsi Azərbaycan Konstitusiyasının ikinci hissəsində təsbit olunmuş insan hüquq və azadlıqları haqqında, Ombudsman təsisatının yaradılması zərurəti və təşəkkülü, Müvəkkilin mandatı, səlahiyyətləri, vəzifələri, fəaliyyətinin əsas istiqamətləri, ona müraciət qaydaları, vətəndaşların pozulmuş hüquqlarının bərpası ilə bağlı aparılan ardıcıl iş, Müvəkkilin bəyanatları və illik məruzələri barədə geniş məlumat verib.

Ölkəmizdə uğurla icra olunan İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının həyata keçirilməsi ilə bağlı Ombudsmanın fəaliyyəti, bu Planın icrası vəziyyəti diqqətə çatdırılıb. Həmin planın insan hüquqlarının müdafiəsi və təmini sahəsində nümunəvi sənəd kimi qiymətləndirildiyi vurğulanıb.

V.Məhərrəmov “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununa Müvəkkilin milli preventiv mexanizm kimi fəaliyyətinin tənzimlənməsi, eyni zamanda “İnformasiya əldə etmək haqqında” qanunun tələblərinə nəzarətin həyata keçirilməsi üzrə əlavə və dəyişikliklər edildiyini bildirib.

Aparatın əməkdaşı dinləyicilərin suallarını ətraflı cavablandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR