Bank Of Baku

Konstitusiya Günü münasibəti ilə əlil və valideyn himayəsindən məhrum olan uşaq və gənclərin əl işlərinin respublika satış-sərgisi açılıb

Konstitusiya Günü münasibəti ilə əlil və valideyn himayəsindən məhrum olan uşaq və gənclərin əl işlərinin respublika satış-sərgisi açılıb
# 12 noyabr 2011 09:37 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. 12 noyabr – Konstitusiya günü münasibəti ilə Tofiq İsmayılov adına Uşaq Dünyası Rəsm Qalereyasında əlil və valideyn himayəsindən məhrum olan uşaq və gənclərin əl işlərinin respublika satış-sərgisi açılıb. APA-nın məlumatına görə, satış-sərgisi “Valideyn himayəsindən məhrum olan uşaq və gənclərə yarım” İctimai Birliyi, Gənclər və İdman Nazirliyinin birgə təşəbbüsü ilə baş tutub. Birliyin sədri Zaur Seyidzadə deyib ki, sərgidə 30 müəllifin 70-dən artıq işləri nümayiş etdirilir: “Bu tipli sərgi ilk dəfədir təşkil olunur. Üç gün ərzində bu işlərin satışı həyata keçiriləcək. Müxtəlif mövzulu əsərlər 50-500 manat arasında satılır. Biz öz əməyimizlə pul qazanmaq istəyirik və hamını sərgimizə dəvət edirik”.

Z. Seyidzadə bu ənənənin davam edəcəyini də vurğulayıb. Sərginin açılışında ombudsman Elmira Süleymanova da iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR