Bank Of Baku

Azərbaycanlı alimin nəzəriyyəsi Türkiyədə maraqla qarşılanıb

Azərbaycanlı alimin nəzəriyyəsi Türkiyədə maraqla qarşılanıb
# 14 noyabr 2011 08:06 (UTC +04:00)
İstanbul. Mayis Əlizadə - APA. Azərbaycanlı sosioloq, professor Əhməd Məmmədovun Ahəngyolu nəzəriyyəsi Türkiyənin elmi dairələri tərəfindən maraqla qarşılanıb. Məsələ ilə bağlı APA-ya açıqlama verən Sakarya Universiteti sosiologiya elmləri kafedrasının professoru Musa Taşdələn universitetdə azərbaycanlı alimin nəzəriyyəsinin müzakirə olunduğunu deyib: “Müzakirə maraqlı keçdi. Ahəngyolu nəzəriyyəsində Şərq və Qərb mədəniyyətindən sintezlər öz əksini tapıb. Müəllifin təsəvvüf fəlsəfəsinə xüsusi diqqət yetirməsi bizi çox sevindirdi. Əhməd müəllim indiyə qədərki sosioloji təhlillərdə Qərbin nəzəriyyələrinə üstünlük verilərək Şərqin baxışlarına soyuq yanaşılmasının dünyada qarşıdurmaları gücləndirdiyini ortaya qoyur ki, bu da bizim də nöqteyi-nəzərimizdən doğru bir yanaşmadır. Nəzəriyyə müəllifinin riyaziyyat təhsili alması onun sosioloji ümumiləşdirmələrinin önəmli dayağını təşkil edən faktorlardan biridir. Professor Məmmədov bizə əməkdaşlıqla bağlı yeni layihələr təqdim etdi, biz bu əməkdaşlığı çox istəyirik, çünki eyni bölgənin övladlarıyıq, eyni dildə danışırıq, eyni mədəniyyətin varisləriyik. Əməkdaşlığımızın konturlarını Orta Asiyaya yaymaq barədə də düşünməliyik”.

İstanbul Universitetində də Ə. Məmmədovun nəzəriyyəsinin .təqdimatı olub. Təqdimat mərasimində Türkiyənin tanınmış sosioloqların biri, professor Mustafa Ərkal (“Yenı çağ” qəzetinin köşə yazarı) çıxış edib. Ahəngyol nəzəriyyəsini dəstəklədiyini vurğulayan professor M. Ərkal bu istiqamətdəki araşdırmaların dərinləşdirilməsinin zərurətindən danışıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR