Bank Of Baku

Azərbaycan Beynəlxalq Sosial Təminat Assosiasiyasının işçi qrupunun iclasında iştirak edib

Azərbaycan Beynəlxalq Sosial Təminat Assosiasiyasının işçi qrupunun iclasında iştirak edib
# 14 noyabr 2011 08:56 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) nümayəndə heyəti Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) “Avrasiya məkanında əmək miqrantlarının sosial müdafiəsi”nə dair işçi qrupunun növbəti iclasında iştirak edib.

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, Cenevrə şəhərində keçirilən iclasda Avrasiya məkanında əmək miqrantlarının sosial müdafiəsi məsələləri, problemlər və onların həlli istiqamətləri müzakirə olunub, bu məsələ ilə bağlı müxtəlif ölkələrin sosial müdafiə sistemləri təhlil edilib. Müzakirələr zamanı bu sahədə çoxtərəfli, ikitərəfli müqavilələrin bağlanılmasının əhəmiyyətindən danışılıb və tövsiyələrin hazırlanması istiqamətində təkliflər verilib.

İclasda DSMF-nin Maliyyə-büdcə şöbəsinin müdiri İdris İsayev xüsusi təqdimatla çıxış edib. Təqdimat zamanı nəzərə çatdırılıb ki, 2006-cı ildən etibarən ölkəmizdə beynəlxalq standartlara uyğun fərdi uçota əsaslanan əmək pensiyaları sistemi, eləcə də qanunvericilikdə aparılmış dəyişikliklərə əsasən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması sahəsində görülən tədbirlər barədə ətraflı məlumat verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR