Bank Of Baku

Xəzərdə nərə balıqlarının qorunması sahəsində vəziyyət müzakirə ediləcək

Xəzərdə nərə balıqlarının qorunması sahəsində vəziyyət müzakirə ediləcək
# 14 noyabr 2011 11:55 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə - APA. Vəhşi flora və fauna növləri ilə beynəlxalq ticarəti üzrə BMT-nin konvensiyası - CİTES-in növbəti iclasında Xəzərdə nərə balıqlarının qorunması sahəsində vəziyyət müzakirə ediləcək. APA-nın CİTES-in saytına istinadən verdiyi məlumata görə, iclas gələn ilin mart ayında keçiriləcək.

Qurumun İcraiyyə Komitəsinin qərarına əsasən iclasda nərəkimilərin qorunması, bu sahədə son illər görülən işin faydalılıq əmsalı və hövzədə mövcud olan ehtiyatlar barədə hesabat dinlənəcək. Hesabatda Xəzəryanı dövlətlərin nümayəndələri çıxış edəcək. Tədbirdə nərəkimilərin ovlanması kvotası da nəzərdən keçiriləcək.

Xatırladaq ki, Xəzərdə nərə sayının kəskin azalması ilə əlaqədar CİTES beş Xəzəryanı dövlətə illik kvota ayırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR