Bank Of Baku

ABŞ gənclərinin maliyyə-bank sektorunda işləmək marağı kəskin azalıb

ABŞ gənclərinin maliyyə-bank sektorunda işləmək marağı kəskin azalıb
# 14 noyabr 2011 12:05 (UTC +04:00)
Bakı - APA-Economics. “Google”, “Apple” və “Facebook” cari ildə amerikalı gənclər arasında ən populyar işəgötürən şirkətlər olub. “APA-Economics”in “The Wall Street Journal”a istinadən xəbərinə görə, "Universum” konsaltinq firmasının apardığı araşdırma bu nəticəni ortaya qoyub.

ABŞ Dövlət Departamenti, Federal Təhqiqatlar Bürosu və Mərkəzi Kəşfiyyat İdarəsi müvafiq olaraq 4-cü, 7-ci və 10-cu yerlərdə qərarlaşıblar.

Maliyyə təşkilatları arasında ən yaxşı göstərici “JP Morgan” bankına məxsusdur - 41-ci yer. Bu isə gənclər arasında bank-maliyyə sektorundan işləmək marağının kəskin azaldığını göstərir. Əvəzində isə qlobal böhranın təsir etmədiyi neft-qaz şirkətlərinə maraq artıb.

“Walt Disney”, “Amazon”, “Microsoft” və “Sony” şirkətləri də ilk onluğa daxil olmağı bacarıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR