Bank Of Baku

BDU-da Abbas Zamanovun 100 illik yubileyi münasibətilə tədbir keçirilib

BDU-da Abbas Zamanovun 100 illik yubileyi münasibətilə tədbir keçirilib
# 14 noyabr 2011 12:21 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bakı Dövlət Universitetində (BDU) tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, mətnşünas, filologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Abbas Zamanovun 100 illik yubileyi münasibətilə tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə BDU-nun rəhbərliyi ilə yanaşı, Abbas Zamanovun ailə üzvləri. təhsil nazirinin müavini Qulu Novruzov, deputatlar, BDU-nun tələbə-müəllim kollektivi iştirak edib.

BDU-nun rektoru Abel Məhərrəmov Abbas Zamanovun həyat və yaradıcılığından danışıb və onun kifayət qədər cəsarətli insan olduğunu bildirib. Daha sonra Abbas Zamanova həsr olunmuş film nümayiş etdirilib.

Qeyd edək ki, A. Zamanov 1911-ci il oktyabrın 10-da Naxçıvan MR Şərur rayonunun Maxta kəndində anadan olub, 1993-cü il aprelin 1-də Bakıda vəfat edib. O, Fəxri Xiyabanda dəfn olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR