Bank Of Baku

Qulu Novruzov: “234 nömrəli məktəbdə baş verən partlayışa qaz sızması səbəb olub”

Qulu Novruzov: “234 nömrəli məktəbdə baş verən partlayışa qaz sızması səbəb olub”
# 14 noyabr 2011 13:18 (UTC +04:00)
Bu hadisəyə qaz xəttinin kənar müdaxilə nəticəsində zədələnməsi, yerin altından hansısa vasitə ilə məktəbə sızması səbəb olub. Nə məktəb rəhbərliyi tərəfindən, nə də hazırda orada tikinti aparan şirkət tərəfindən normalardan kənar qanun pozuntusuna yol verilməyib”. APA-nın məlumatına görə, bu fikirləri təhsil nazirinin müavini Qulu Novruzov “Orta məktəbdə baş verən partlayış yenidən məktəblərin təhlükəsizli məsələsini gündəmə gətirə bilərmi” sualına cavab olaraq bildirib.

Q. Novruzov özünün də hadisə yerinə gedərək araşdırma apardığını deyib: “Şagird məktəbdə təmiri tam başa çatmamış sanitar qovşağa icazəsiz daxil olub. Orada işləyən ustalardan birinin alışqanı pəncərədə imiş, o alışqanı yandırıb. Sadəcə qazın ora haradan sızması müəmmalıdır. Məktəb binasında qaz yoxdur. Həmin məktəbin mərkəzləşdirilmiş istilik sistemi var. Qazın ora sızması belə bir hadisəyə gətirib çıxarıb. Biz şagirdin də vəziyyəti ilə maraqlanmışıq, vəziyyəti qənaətbəxşdir. Xoşbəxtlikdən ciddi xəsarət olmayıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR