Bank Of Baku

Bu il Azərbaycanda 74 min yeni iş yeri açılıb

Bu il Azərbaycanda 74 min yeni iş yeri açılıb
# 14 noyabr 2011 13:22 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 74 min yeni, o cümlədən 50 min daimi iş yeri açılıb. «APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yanvar-sentyabr ayları üzrə Pul siyasəti İcmalında deyilir.

İcmala əsasən, hesabat dövrünün sonuna ölkədə iqtisadi fəal əhalinin sayı 4 597,9 min nəfər olub, onların 4 343,7 min nəfərini iqtisadiyyatın və sosial bölmənin müxtəlif sahələrində məşğul olan əhali təşkil edib.

AMB tərəfindən real sektorun monitorinqi çərçivəsində 300-dək müəssisə üzrə aparılan müşahidələr məşğulluğun artımını göstərir. Belə ki, monitorinq aparılan müəssisələr arasında işçi sayı dövr ərzində 5% artıb.

İcmalda vurğulanır ki, Mərkəzi Bankın monitorinqinə əsasən, sənaye, ticarət, xidmət və tikinti sektorları üzrə məşğulluq gözləntiləri pozitiv zonadadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR