Bank Of Baku

Dünyada hər il 1 milyon şəkərli diabet xəstəsi amputasiya olunur

Dünyada hər il 1 milyon şəkərli diabet xəstəsi amputasiya olunur
# 14 noyabr 2011 13:25 (UTC +04:00)
Bakı. Azər Mustafayev – APA. Azərbaycan Diabet Cəmiyyəti Dünya Diabet Günü münasibətilə dəyirmi masa keçirib. APA-nın məlumatına görə, tədbirdə diabetli xəstələrin hüquq və vəzifələri, bu xəstəliyin vaxtında profilaktikası və müalicəsi yolları müzakirə olunub.

Cəmiyyətin sədri Möminat Ömərova bildirib ki, Beynəlxalq Diabet Federasiyasının məlumatına əsasən hazırda dünyada 366 milyon insan şəkərli diabetlə yaşayır: “Xəstəlik vaxtında aşkar olunub müalicə edilməzsə çox ciddi nəticələrə səbəb olur. Dünyada hər 8 saniyədə 1 nəfər dünyasını dəyişir, hər il isə 1 milyon şəkərli diabet xəstəsi amputasiya olunur. Xəstəliyin qarşısının vaxtında alınması məqsədilə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası 20 dekabr 2006-cı ildə qətnamə qəbul edib və 2007-ci ildən etibarən hər il Ümumdünya Diabetlə Mübarizə Günü qeyd olunur”.

Tədbirdə Səhiyyə Nazirliyinin baş endokrinoloqu, millət vəkili Rafiq Məmmədhəsənov, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova , gənclər və idman nazirinin müavini İntiqam Babayev və başqaları çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR