Bank Of Baku

Ağdamda 15 məcburi köçkün ailəsi ağır şəraitdə yaşayır – FOTOSESSİYA

Ağdamda 15 məcburi köçkün ailəsi ağır şəraitdə yaşayır – <font color=red>FOTOSESSİYA </font>
# 14 noyabr 2011 14:11 (UTC +04:00)
Məcburi köçkünlər APA-nın Qarabağ bürosuna bildiriblər ki, ötən il məcburi köçkünlər üçün inşa olunan yeni qəsəbədə ev almaq üçün növbəyə dursalar da, naməlum səbəbdən onlara mənzil verilməyib.

Sakinlər deyirlər ki, qış gəlməmiş düşən soyuqlar yarıuçuq evlərdə məskunlaşmış köçkün ailələrinin qayğılarını daha da artırıb. Onların istilik, elektrik enerjisi və içməli su tələbatlarını ödəmək heç də asan başa gəlmir. Vaxtilə burada yaşayan 600-dən çox ailə yeni evlərə köçürüldüyündən ərazidə yaradılmış infrastruktur da dağılıb. Qalan 15 ailə məhrumiyyətlər içində köçəcəyi günü gözləyir.

Evsiz qalan Xeyri Abışova ərazinin antisanitar vəziyyətdə olması ilə əlaqədar 2 körpə uşağının tez-tez infeksiyaya yoluxduğunu deyib. Onlardan biri - 5 yaşlı qızı artıq qaraciyər xəstəsidir. Məcburi köçkün Maisə Əliyeva isə istilik sistemləri olmadığından komadakı sobada ancaq qarğı yandırmaqla keçindiklərini bildirib. Ədalət Məmmədov isə müvafiq qurumlara ünvanladıqları çoxsaylı müraciətlərinin puça çıxmasına görə ümidsiz qaldıqlarını söyləyir.

Ağdam Rayon İcra Hakimiyyətindən APA-nın Qarabağ bürosuna bildirilib ki, həqiqətən də göstərilən ünvanda məskunlaşan ailələrin vəziyyəti ağırdır. Yaxın gələcəkdə rayon ərazisində inşasına başlanacaq yeni köçkün evlərində tikinti başa çatdıqdan sonra onlar yeni mənzillərlə təmin olunacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR