Bank Of Baku

Respublika şahmat turnirinin yekunlarına həsr olunmuş tədbir keçirilib

Respublika şahmat turnirinin yekunlarına həsr olunmuş tədbir keçirilib
# 14 noyabr 2011 14:17 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın müstəqilliyinin 20-ci ildönümü münasibətilə keçirilən respublika şahmat turnirinin yekunlarına həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən təhsil nazirinin müavini Qulu Novruzov bildirib ki, turnirin məqsədi uşaq və yeniyetmələrin vətənpərvərlik və dövlətçilik ruhunda tərbiyə edilməsi, “2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi” Dövlət Proqramından irəli gələn vəzifələrin həyata keçirilməsi, məktəblilər arasında dostluq və idman əlaqələrinin möhkəmləndirilməsidir. Yarışda ölkənin 48 şəhər və rayonundan 244 nəfər şahmatçı iştirak edib.

Q. Novruzov bildirib ki, hazırda şahmatın müstəqil fənn kimi tədris olunması üçün Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və Təhsil Nazirliyi arasında birgə müzakirələr aparılır, bəzi ölkələrin təcrübələri öyrənilir: “Ən azı ibtidai siniflərdə hər bir uşağın şahmatla tanış olmasına şans verilməlidir. Bunun üçün imkanlar araşdırılır. Ola bilsin ki, gələn ilin əvvəlindən, yaxud da növbəti dərs ilindən pilot olaraq bunun həyata keçirilməsinə başlanılsın”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR