Bank Of Baku

Xaricdə təhsil üçün gələn ilin prioritetləri yaxın vaxtlarda elan olunacaq

Xaricdə təhsil üçün gələn ilin prioritetləri yaxın vaxtlarda elan olunacaq
# 14 noyabr 2011 14:29 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycan Respublikası Prezidenti yanında Təhsil Komissiyası yaxın günlərdə xaricdə təhsil üçün gələn ilin prioritetlərini elan edəcək. APA-nın məlumatına görə, bu barədə təhsil nazirinin müavini Qulu Novruzov jurnalistlərə açıqlamasında bildirib. O deyib ki, xaricdə təhsil üzrə Dövlət Proqramının gələn ilki əsas prioritetləri texniki, fundamental elmlər olacaq: “Azərbaycanda daha çox ehtiyac duyulan ixtisaslar üzrə kadr hazırlığı həyata keçiriləcək. İqtisadiyyat, biznes, sosial-humanitar elmlər üzrə bu vaxta qədər xaricə kifayət qədər tələbə göndərildiyindən, yəqin ki, bu sahələr prioritetlərə daxil edilməyəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR