Bank Of Baku

II Türk Dünyası Hüquq Qurultayı başlayıb

II Türk Dünyası Hüquq Qurultayı başlayıb
# 14 noyabr 2011 15:23 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. Türkiyənin İstanbul şəhərində II Türk Dünyası Hüquq Qurultayı başlayıb. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Özyeğin Universitetinin hüquq fakültəsinin ev sahibliyi etdiyi qurultayın ilk günü “Swiss Otel”də keçirilib.

Üç gün davam edəcək tədbirdə Türkiyə ilə yanaşı Azərbaycan, Bolqarıstan, Gürcüstan (Ahıska), Qazaxıstan, Qırğızıstan, Şimali Kipr Türk Cümhuriyyəti, Kosovo, Özbəkistan, Türkmənistan, Çin (Şərqi Türküstan), İraq (Kərkük), Yunanıstan (Qərbi Trakya), Altay, Tatarıstandan iştirakçılar qatılıb. Azərbaycanı qurultayda Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsinin dekanı Əmir Əliyev təmsil edir.

Elm adamları və universitet rəhbərlərinin də qatıldığı qurultayda bu ölkələr üçün savadlı hüquqşünasların yetişdirilməsi, əməkdaşlıq və digər məsələlər müzakirə olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR