Bank Of Baku

BMT İqtisadi-Sosial Şurasının QHT-lər üzrə bölməsinin rəhbəri Tərtərdə olub – FOTO

BMT İqtisadi-Sosial Şurasının QHT-lər üzrə bölməsinin rəhbəri Tərtərdə olub  – <font color=red>FOTO </font>
# 14 noyabr 2011 15:33 (UTC +04:00)
Bakı-APA. Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) dəvəti ilə Azərbaycana səfərə gələn BMT-nin İqtisadi-Sosial Şurasının (ECOSOC) QHT-lər üzrə bölməsinin rəhbəri Andrey Abramovun görüşləri davam edir. BAMF-ın informasiya departamentindən APA-ya verilən məlumata görə, qonaq BAMF sədri Umud Rəhimoğlunun və fondun departament rəhbəri Nik Nvolisanın müşayiəti ilə Tərtər rayonunda olub. Səfərin əsas məqsədi rayonun sosial-iqtisadi vəziyyəti ilə, ECOSOC-un üzvü olan BAMF regiondakı humanitar fəaliyyəti və həyata keçirdiyi layihələrlə yaxından tanış olmaqdan ibarət olub.
BAMF sədri U. Rəhimoğlunun verdiyi məlumata görə, A.Abramov ilk öncə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovla görüşüb. C.Cəfərov cəbhə bölgəsində yerləşməsinə baxmayaraq Tərtərdə həyatın öz axarı ilə davam etməsi, rayonda aparılan tikinti-abadlıq və quruculuq işləri barədə qonağa məlumat verib. A. Abramov Tərtər rayonunun onda böyük təəssürat yaratdığını, xüsusilə tikinti-abadlıq və quruculuq işlərinə böyük diqqət yetirilməsindən məmnun qaldığını vurğulayıb.
Sonra qonaq qaçqınların və məcburi köçkünlərin həyat şəraiti və problemləri ilə tanış olmaq üçün onların məskunlaşdıqları yaşayış yerlərinə baş çəkib.
A.Abramov BAMF-ın Tərtər rayonundakı regional ofisində gəlib, burada görülən işlərlə, həyata keçirilən layihələrlə tanış olub.
“BAMF-ın regionda gördüyü işlər, xüsusilə mina qurbanlarının, müharibədən zərər çəkən insanların, aztəminatlı ailələrin problemlərinin aradan qaldırılması istiqamətində həyata keçirdiyi layihələr Andrey Abramovda böyük maraq doğurdu və bütün bunların təşkilatın uğurlu missiyasının məntiqi nəticəsi olduğunu vurğuladı”,-deyə BAMF-ın sədri bildirib.

Qonaq BAMF-ın təsisçiliyi ilə yaradılan və əsasən mina qurbanlarının, aztəminatlı ailələrin, müharibədən zərər çəkən insanların sahibkarlıq fəaliyyətinin inkişafına dəstək verən “Avrasiya-Kredit” məhdud məsuliyyətli cəmiyyətinin regiondakı fəaliyyəti ilə də maraqlanıb. Sonra o, ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə tikilib istifadəyə verilmiş və 2010-cu ildən fəaliyyət göstərən Tərtər Regional Peşə və Təlim Mərkəzində (PTM) olub, indiyədək burada mina qurbanlarına və müharibədən zərər çəkən insanlara keçilən təlimlər və öyrədilən peşələr barədə ona məlumat verilib.
Bu gün A. Abramovla U. Rəhimoğlu Xarici İşlər, Gənclər və İdman nazirliklərinin rəsmiləri ilə görüşüblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR