Bank Of Baku

BMT baş katibi: “Bizim hər birimizin ayrı-seçkiliyə məruz qalmış insanları qorumaq məsuliyyətimiz var”

BMT baş katibi: “Bizim hər birimizin ayrı-seçkiliyə məruz qalmış insanları qorumaq məsuliyyətimiz var”
# 15 noyabr 2011 08:02 (UTC +04:00)
Bakı – APA. BMT-nin Pan Gi Mun Beynəlxalq Dözümlülük Günü münasibətilə müraciətlə çıxış edib. BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, müraciətdə deyilir: “İndi köhnə dünyanın dəyişdiyi, yeni dünyanın isə konturlarının formalaşdığı bir dövrdür. Ənənəvi institutlar çətinliklərlə üzləşməkdədir. Büdcələr tükənmək üzrədir. Ailələr təlaş içindədirlər. Bütün bu dəyişikliklər və qarışıqlıq böyük həyəcana səbəb olur. Bu dəyişikliklər anında biz Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsi və Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə söykənən ideallara və prinsiplərə sadiq qalmalıyıq. Dözümlülük həmin dəyərlərdən biridir. Bizim dözümlülük sahəsində təcrübəmiz sülh şəraitində birgə yaşayış qədər önəmli olmaqla bərabər, bu məfhumdan daha yüksəkdə olmalıdır. Dözümlülük dialoq və digərləri ilə müsbət ünsiyyət vasitəsilə əldə edilən fəal anlayış şəklində olmalıdır. Bu qədər bölücülük, dağıntı və ölümlərə səbəb olan diskriminasiyaya qarşı mübarizədə bu, xüsusilə vacibdir. Bizim hər birimizin irqindən, dinindən, milliyyətindən, dilindən, cinsindən, cinsi oriyentasiyasından və ya digər faktorlar əsasında ayrı-seçkiliyə məruz qalmış insanları qorumaq məsuliyyətimiz var”.

Baş katib bildirib ki, bütün qız və oğlanlar üçün keyfiyyətli təhsili təbliğ etməklə, internet də daxil olmaqla azad və plüralist medianı inkişaf etdirməklə, mədəni irsi qorumaq və mədəni fərqliliyə hörməti yüksəltməklə fəal dözümlülüyün təbliğ edilməsində UNESCO-nun xüsusi rolu var: “Mürəkkəb və qlobal çətinliklərlə üzləşdiyimiz bir vaxtda Birləşmiş Millətlər Təşkilatı bir-biri ilə qarşılıqlı əlaqədə olan dünyada əsas ehtiyac olan xalqlar və ölkələr arasında qarşılıqlı anlayış əldə etmək üçün çalışmağa davam edəcək. Bu beynəlxalq günü qeyd etdiyimiz bir vaxtda, gəlin fəal dözümlülüyün hər gün özümüzdən başladığını xatırlayaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR