Bank Of Baku

Son beş ildə ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayı iki dəfə artıb

Son beş ildə ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayı iki dəfə artıb
# 15 noyabr 2011 09:14 (UTC +04:00)
Bakı-APA. ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət İşləri üzrə Bürosunun dəstəyi ilə Beynəlxalq Təhsil İnstitutunun açıqladığı illik “Open Doors 2011” hesabatına əsasən, 2010-2011 təhsil ilində ABŞ-ın ali təhsil müəssisələrində 440 azərbaycanlı tələbə qeydiyyatdan keçib. ABŞ-ın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, bu rəqəm 5 il bundan əvvəlki dövrlə müqayisədə iki dəfə, əvvəlki illə müqayisədə isə 8% çoxdur. Artıq dördüncü ildir ki, ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayında artım qeydə alınır.

Amerikada təhsil alan tələbələrin sayı əsasən Azərbaycanda fəaliyyət göstərən “EducationUSA”nın təmsilçiləri olan Bakı Təhsil Məlumat Mərkəzi (BTMM), Gəncə Təhsil Məlumat Mərkəzi (GTMM) və Sumqayıt EducationUSA Mərkəzinin fəallığı hesabına mümkün olub. Bu mərkəzlər tələbələrə dərəcə proqramları ilə təhsil almaq imkanları və maliyyə mənbələrinin araşdırılması haqqında geniş və yenilənən məlumat verirlər. Amerikada təhsil almaq istəyən tələbələr üçün BTMM və GTMM-də Education USA mərkəzləri ən müvafiq məktəbi seçmək üçün məsləhətləşmələr, test imtahanlarına hazırlıq, inşa və ərizələrin hazırlanmasında yardım və ABŞ universitetlərində müxtəlif imkanlar haqında taqdimatlar da daxil olmaqla bir çox resurs təklif edir. Onlar həmçinin ABŞ-ın maliyyələşdirdiyi təqaüd proqramları, o cümlədən FLEX, Global Bakalavr Mübadilə Proqramı, the Edmund Muskie Təqaüd Proqramı, JFDP, Fulbright Proqramı və başqa proqramlar barədə tələbələri məlumatlandırırlar.

ABŞ Səfirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Viktoria Sloanın sözlərinə görə, Amerikada təhsil nüfuz və keyfiyyətinə görə xaricdə təhsil almaq istəyən azərbaycanlı tələbələrin əsas seçimlərindən biri olaraq qalır: “Biz, Birləşmiş Ştatlarda daha çox azərbaycanlı tələbənin təhsil almasına görə şadıq, çünki bu, ölkələrimiz və vətəndaşlarımız arasında əlaqələri daha da gücləndirir”.

Digər mühüm amil Azərbaycandakı EducationUSA məsləhətləşmə mərkəzləri vasitəsilə ABŞ-da təhsil haqqında geniş və dəqiq məlumatın asan əldə edilə bilməsi və ABŞ kollec və universitetlərinin Azərbaycandan olan tələbələri cəlb etmək üçün artan fəaliyyətidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR