Bank Of Baku

Fizuli Ələkbərov: “Gələcəkdə Azərbaycanla Bolqarıstan arasında əməkçi miqrant mübadiləsi mümkündür”

Fizuli Ələkbərov: “Gələcəkdə Azərbaycanla Bolqarıstan arasında əməkçi miqrant mübadiləsi mümkündür”
# 15 noyabr 2011 10:16 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. “Hazırda Bolqarıstanla Azərbaycan arasında əməkçi miqrant mübadiləsi demək olar ki, mövcud deyil. Amma gələcəkdə bu mümkündür”. APA-nın məlumatına görə, bunu jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov deyib. O bildirib ki, gələcəkdə bu məsələyə diqqət yetiriləcək: “Bu ona görə mümkündür ki, iki ölkə arasında qeyri-neft sektoruna qarşılıqlı investisiya proqramları və qarşılıqlı maraqlar gündən-günə artır. Şübhəsiz ki, Bolqarıstan investisiyaları eyni zamanda həmin ölkənin işçilərinin bura axınına səbəb olacaq. Həmçinin Azərbaycan investisiyaları da azərbaycanlıların Bolqarıstanda əmək fəaliyyəti ilə məşğul olmasına imkan yaradacaq. Bu nöqteyi-nəzərdən gələcəkdə bu məsələlərə də diqqət yetiriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR