Bank Of Baku

Azərbaycan və Bolqarıstanın əmək nazirləri arasında görüş keçirilib - FOTO

Azərbaycan və Bolqarıstanın əmək nazirləri arasında görüş keçirilib - <font color=red>FOTO</font>
# 15 noyabr 2011 10:28 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov və Bolqarıstanın əmək və sosial siyasət naziri Totyu Mladenov arasında görüş keçirilib. APA-nın məlumatına görə, hər iki ölkə arasında əmək və əhalinin sosial müdafiəsi sahəsində qarşılıqlı əməkdaşlıq, nazirliyin strukturları, sosial xidmət və əlilliyi olan reabilitasiya mərkəzləri arasında təcrübə mübadiləsi məsələləri müzakirə olunub.

Görüşdə iki nazirlik arasında sosial sahədə imzalanan Memorandumun öhdəlikləri müzakirə edilib. F. Ələkbərov bildirib ki, Memorandum çərçivəsində sosial sahədə çox böyük inkişaf perspektivlər var: “Azərbaycandan əlillərin Bolqarıstandakı əlillər üçün reabilitasiya mərkəzlərinə göndərilməsi həyata keçirilir. Eyni zamanda Bolqarıstan Azərbaycanda mövcud olan bu potensialdan istifadə edəcək”.

Nazirin sözlərinə görə, hər iki ölkədə əmək bazarının dövlət idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi sahəsində də da danışıqlar aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR