Bank Of Baku

Bakıda məktəblilər arasında bilik yarışı keçirilir

Bakıda məktəblilər arasında bilik yarışı keçirilir
# 15 noyabr 2011 10:42 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bu gün Bakıda məktəblilər arasında Bilik yarışına start verilib. Bakı şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri Zəminə Əliqızınin APA-ya verdiyi məlumata görə, 3 saat davam edən olimpiadada paytaxt məktəblərindən 100 minə yaxın şagird biliyini sınayıb. Onun sözlərinə görə, yarışın məktəb mərhələsində şagirdlərə özlərini bir neçə fəndən sınamaq imkanı verilib: “Dekabrın 11-də isə olimpiadanın şəhər mərhələsinin birinci turu keçiriləcək. Bu mərhələdə hər məktəbdən fənn üzrə bir şagirdin iştirakı nəzərdə tutulub. Bu, ümumilikdə 10 minə yaxın şagird deməkdir. Ötən il bu say 11 min olmuşdu. Olimpiadanın şəhər mərhələsinin II turunun isə yanvar ayının ortalarında keçirilməsi planlaşdırılıb. Bu mərhələdən qalib sayrılanlar 2012-ci ilin mart ayında təşkil olunacaq respublika fənn olimpiadasının iştirakçısı olacaq”. Z. Əliqızı deyib ki, I yeri tutmuş XI sinif şagirdləri buraxılış imtahanlarından azad olunacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR