Bank Of Baku

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “qaynar xətt”inə daxil olmuş 70 müraciətlə bağlı araşdırma aparılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “qaynar xətt”inə daxil olmuş 70 müraciətlə bağlı araşdırma aparılıb
# 15 noyabr 2011 11:05 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə daxil olmuş 70 müraciətlə bağlı nazirliyin əməkdaşları tərəfindən araşdırma aparılıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ağacların kəsilməsi ilə əlaqədar daxil olmuş 12 müraciətdən 4-ü üzrə fakt təsdiqlənib və tədbirlər görülüb, 8 müraciət isə öz təsdiqini tapmayıb. Ağacların aşma təhlükəsinin olması ilə əlaqədar daxil olmuş 49 müraciət üzrə təhlükə yaradan ağaclarla bağlı rəy və təkliflər verilib. Məişət tullantılarının qalaqlanması, atmosfer havasının çirklənməsi, çirkab suların axıdılması, səs-küy ilə əlaqədar daxil olmuş 9 müraciətdən 3-ü ilə bağlı qanuna müvafiq tədbirlər görülüb, 6 müraciət isə öz təsdiqini tapmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR