Bank Of Baku

Azərbaycan Ermənistan və İran ərazisində seysmik proseslərə nəzarət etmək məqsədilə seysmik stansiyalar quraşdıracaq

Azərbaycan Ermənistan və İran ərazisində seysmik proseslərə nəzarət etmək məqsədilə seysmik stansiyalar quraşdıracaq
# 15 noyabr 2011 11:11 (UTC +04:00)
Bu barədə APA-ya Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmoloji və geodinamik tədqiqatlar şöbəsinin rəhbəri Tahir Məmmədli bildirib. Onun sözlərinə görə, hazırda Culfada bir seysmik stansiya fəaliyyət göstərir. Yeni stansiyalar Şahbuz, Ordubad və Sədərəkdə quraşdırılacaq.

T. Məmmədli deyib ki, hazırda ölkə ərazisində 28 seysmik stansiya fəaliyyətdədir. Naxçıvandakı seysmik stansiyalar quraşdırılandan sonra seysmik stansiyaların sayı 31-ə çatacaq. Gələn il isə Azərbaycanın quru ərazilərində - Yardımlı, Füzuli, Beyləqan və Ağdamda daha 4 seysmik stansiya quraşdırılacaq. T. Məmmədlinin sözlərinə görə, Qarabağ ərazisində seysmik stansiyaların quraşdırılması Qarabağla bərabər, Ermənistan və İran ərazisindəki seysmik proseslərə nəzarət etmək məqsədi daşıyır: “Ermənistanın işğalından əvvəl Kəlbəcər, Cəbrayıl və Ağdamda seysmik stansiyalar fəaliyyət göstərib. Hazırda Qarabağ ərazisində seysmik aktivlik yoxdur. Amma istənilən halda bu bölgədəki proseslərə nəzarət etmək vacibdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR