Bank Of Baku

AMEA Gəncə Regional Elmi Mərkəzinin nəzdində “Nizami Gəncəvi Mərkəzi” yaradılıb

AMEA Gəncə Regional Elmi Mərkəzinin nəzdində “Nizami Gəncəvi Mərkəzi” yaradılıb
# 15 noyabr 2011 13:10 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə Regional Elmi Mərkəzinin (GREM) nəzdində fəaliyyət göstərən “Nizamişünaslıq” şöbəsinin bazasında “Nizami Gəncəvi Mərkəzi” yaradılıb. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mərkəzdə Nizami Gəncəvinin həyat və yaradıcılığı ilə bağlı elmi-tədqiqat işlərinin aparılması, Nizami ensiklopediyasının hazırlanması üçün materialların toplanılması, Nizaminin və onun irsinə müraciət etmiş şair mütəfəkkirlərin əsərlərinin tərcümə edilməsi, Azərbaycan və dünya nizamişünaslığının tədqiqi, Nizami yaradıcılığında sənətşünaslıq problemlərinin araşdırılması, Nizami irsi və Nizami dövrünün tarixinin etnoqrafiyasının tədqiqi, Nizami yaradıcılığında elm, din və irfan məsələlərinin tədqiqata cəlb olunması, Nizami yaradıcılığının problemləri ilə bağlı elmi seminar və konfransların keçirilməsi nəzərdə tutulub.

Mərkəzdə 6 şöbə (“Nizamişünaslığın aktual problemləri”, “Xəmsənin tərtibi, müxtəlif dillərə tərcüməsi və nəşri”, “Beynəlxalq əlaqələr”, “Nizami ensiklopediyası”, “Nizami Gəncəvi dövrünün tarixi və etnoqrafiyası”, “Nizami Gəncəvinin elmi-fəlsəfi görüşləri”) və 4 köməkçi şöbə fəaliyyət göstərəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR