Bank Of Baku

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilən müsabiqəyə 4000-ə yaxın namizəd sənəd verib

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilən müsabiqəyə 4000-ə yaxın namizəd sənəd verib
# 15 noyabr 2011 13:44 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın 4 oktyabr, 21 oktyabr və 4 noyabr tarixlərində 97 dövlət orqanı üzrə 887 vakant vəzifənin tutulması üçün elan etdiyi müsabiqəyə 4000-ə yaxın namizəd sənəd verib. Komissiyanın mətbuat xidmətinin rəhbəri Asəf Əliyevin APA-ya verdiyi məlumata görə, müsabiqəyə sənəd qəbulu dekabrın 5-də yekunlaşacaq. Namizədlərin daha çox üstünlük verdiyi dövlət qurumu isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Bu qurumdakı 40 vakant yerə qarşı 1033 namizəd sənəd verib.
Sonrakı yerləri isə Dövlət Sosial Müdafiə Fondu (131 vakant yerə qarşı 400 namizəd), Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti (2 vakant yerə 100-dən artıq namizəd) və Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi (1 vakant yerə 79 namizəd) tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR