Bank Of Baku

Azərbaycanda gələn il qəbul imtahanlarında tətbiq olunacaq bəzi yenilklər açıqlanıb

Azərbaycanda gələn il qəbul imtahanlarında tətbiq olunacaq bəzi yenilklər açıqlanıb
# 15 noyabr 2011 14:19 (UTC +04:00)
TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, ali və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə keçiriləcək qəbul imtahanları zamanı abituriyentlərə hər ixtisas qrupunda iki imtahan fənni üzrə 25 tapşırıqdan 5-i açıq tipli test tapşırığı şəklində təqdim olunacaq. Belə ki, I ixtisas qrupu üzrə riyaziyyat və fizika, II ixtisas qrupu üzrə riyaziyyat və coğrafiya, III ixtisas qrupu üzrə riyaziyyat və tarix, IV ixtisas qrupu üzrə riyaziyyat və kimya fənlərindən 5 sual açıq tipli olacaq.
2012-2013-cü tədris ilindən başlayaraq ali təhsil müəssisələrinin III ixtisas qrupunda ixtisaslar DT və XH altqruplarına bölünməyəcək, ana dili və tarix fənləri əsas fənlər hesab olunacaq. Bu qrupa daxil olan fənlərin çəki əmsalları aşağıdakı kimi təyin olunacaq: ana dili – 2; tarix – 2; riyaziyyat – 1; ədəbiyyat – 1; xarici dil – 1.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR