Bank Of Baku

Azərbaycan baş nazirinin müavini BMT nümayəndəsini qəbul edib

Azərbaycan baş nazirinin müavini BMT nümayəndəsini qəbul edib
# 15 noyabr 2011 14:33 (UTC +04:00)
Bakı – APA. Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlunun dəvəti ilə Azərbaycanda səfərdə olan BMT-nin İqtisadi-Sosial Şurasının (ECOSOC) QHT-lər üzrə bölməsinin rəhbəri Andrey Abramov Azərbaycan baş nazirinin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənovla görüşüb. Görüşdə iştirak edən U. Rəhimoğlunun APA-ya verdiyi məlumata görə, Ə. Həsənov Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı nəticəsində yaranmış problemlərin aradan qaldırılmasından, hökumətinin humanitar sahədə gördüyü işlərdən danışıb. O, təmsil etdiyi dövlət qurumunun həmişə QHT-lərə dəstək verdiyini, bundan da sonra bu istiqamətdə bütün zəruri addımlar atacağını bildirib.

A. Abramov Azərbaycanın bu yaxınlarda BMT Təhlükəsizlik Şurasına müvəqqəti üzv seçilməsi ilə bağlı Ə. Həsənovu təbrik edib: “Bu, Azərbaycanın müstəqil bir dövlət olaraq dünya səviyyəsində özünü yenidən tanıtmasının bariz nümunəsidir”. Ə. Həsənov bu uğurun Azərbaycan prezidenti İlham Əliyevin apardığı ardıcıl və səmərəli işlərin nəticəsində əldə olduğunu söyləyib.

Qonaq Azərbaycanda vətəndaş cəmiyyəti institutunun inkişafını və bu işdə dövlətin dəstəyini yüksək qiymətləndirib. O, humanitar sahədə BAMF-ın fəaliyyətini də xüsusi qeyd edib. A. Abramov Azərbaycanda gələn ilin əvvəlində gənclərin vətəndaş cəmiyyətinin inkişafında rolu ilə bağlı beynəlxalq konfrans keçirilməsi ideyasını Ə. Həsənovun diqqətinə çatdırıb. Ə. Həsənov bunun yaxşı bir ideya olduğunu deyib və bununla bağlı köməklik göstərməyə hazır olduqlarını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR