Bank Of Baku

İsveçrədə “İşgəncələrin qarşısını almaqla ləyaqəti qorumaq: öhdəliklərdən fəaliyyətə keçmək” mövzusunda qlobal forum keçirilib

İsveçrədə “İşgəncələrin qarşısını almaqla ləyaqəti qorumaq: öhdəliklərdən fəaliyyətə keçmək” mövzusunda qlobal forum keçirilib
# 15 noyabr 2011 14:57 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. İsveçrənin Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatının İşgəncələr Əleyhinə Konvensiyasının Tövsiyə Protokolunun qüvvəyə minməsinin 5-ci ildönümü ilə əlaqədar “İşgəncələrin qarşısını almaqla ləyaqəti qorumaq: öhdəliklərdən fəaliyyətə keçmək” mövzusunda ümumdünya qlobal forumu keçirilib. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, forumda Azərbaycanı xidmətin tərbiyə işinin təşkili idarəsinin rəisi, Azər Seyidov və Ombudsman Aparatının şöbə müdiri Vüqar Məhərrəmov təmsil ediblər.

Forumda Azərbaycanda milli preventiv mexanizmlərin yaranması, bu sahədə fəaliyyət, milli qanunvericiliyin dəyişməsi sahəsində görülən işlər barədə məlumatlar verilib, son illər ərzində Penitensiar Xidmətdə aparılan islahatlar, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, penitensiar müəssisələrdə dövlətin işgəncələrin qarşısının alınması sahəsində gördüyü işlər və Ədliyyə Nazirliyi yanında fəaliyyət göstərən İctimai Komitə, eləcə də Himayəçilik Şurası, Azərbaycan Milli Preventiv Mexanizm qrupu ilə əməkdaşlıq haqqında məlumatlar verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR