Bank Of Baku

Azərbaycanın bəzi ərazilərində hava yağıntılı olacaq, dağlıq və dağətəyi rayonlarda qar gözlənilir

Azərbaycanın bəzi ərazilərində hava yağıntılı olacaq, dağlıq və dağətəyi rayonlarda qar gözlənilir
# 16 noyabr 2011 09:05 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, şimal-qərb küləyi arabir güclənəcək. Gecə 2-5 dərəcə, gündüz 5-9 dərəcə isti olacağı gözlənilir.

Noyabrın 18-də hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq, şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-6 dərəcə, gündüz 7-11 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında noyabrın 17-də əsasən yağmursuz keçəcək, səhər ayrı-ayrı yerlərdə duman olacaq, lakin gecə və axşam Lənkəran-Astara zonasında yağıntılı olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 1-5 dərəcə, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə şaxta, gündüz 1-5 dərəcə isti olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 18-23 dərəcə şaxta təşkil edəcək.

Noyabrın 18-da gecə və axşam Lənkəran-Astara zonasında, əksər rayonlarda yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Gecə 0-5 dərəcə, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 18-23 dərəcə şaxta təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR