Bank Of Baku

Səttar Mehbalıyev: “Baş Kollektiv Sazişin layihəsi artıq hazırdır və tərəflərə göndərilib”

Səttar Mehbalıyev: “Baş Kollektiv Sazişin layihəsi artıq hazırdır və tərəflərə göndərilib”
# 16 noyabr 2011 10:25 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında bu il bağlanılacaq Baş Kollektiv Sazişin layihəsi artıq hazırdır və tərəflərə göndərilib. APA-nın məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev deyib. O bildirib ki, yaxın vaxtlarda sənədlə bağlı rəylər alınacaq: “Yəqin ki, bu yaxınlarda tərəflərdən cavab alacağıq. İşçi qrupu yaranacaq, layihələr üzərində iş gedəcək. Hansısa narazılıqlar olarsa müzakirələr aparacağıq. Yazdığımız layihə olduğu kimi həyata keçirilmir, Maliyyə, İqtisadi İnkişaf və digər nazirliklərin iradları olur. Çalışırıq ki, bu iradları düzgündürsə qəbul edək, düzgün deyilsə qaldırdıqları məsələlərlə bağlı öz arqumentlərimizi bildiririk”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR