Bank Of Baku

Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin X Məclisi keçirilib

Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin X Məclisi keçirilib
# 16 noyabr 2011 10:59 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bu gün Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin X Məclisi keçirilib. APA-nın məlumatına görə, məclisdə 2012-ci ildə hesabat-seçki yığıncaqlarının keçirilməsi barədə müzakirələr aparılıb. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev bildirib ki, məclisdə 2012-ci ildə hesabat-seçki yığıncaqlarının keçirilməsinə hazırlıqla bağlı müzakirələr aparılacaq.
S. Mehbalıyevin sözlərinə görə, 2012-ci ilin oktyabrına qədər həmkarlar ittifaqlarının yerlərdə rəhbər seçkiləri tam başa çatacaq: “Bizim əsas məqsədimiz ondan ibarətdir ki, seçkilər yerlərdə demokratik və aşkarlıq şəraitində keçsin. Əgər rəhbər seçəcəklərsə, heç bir siyasi işlə məşğul olmadan öz seçkilərini keçirsinlər. Bizim yekun qurultayımız fevral ayında olacaq. Artıq 6 aydır rayonlarda seçkilərin keçirilməsi üzrə təlimlər, zona müşavirələri aparılır”.

Məclisdə Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar olaraq konfederasiya və Bakı Təhsil İdarəsinin təşkilatçılığı ilə “Bakı gənclərinə yönəlik sərmayə” adı altında keçirilən müsabiqədə seçilən 12 məktəb şagirdinə təqaüdlər təqdim olunub. İlkin olaraq 50 manat dəyərində olan təqaüdlərin 6 aylıq hissəsi şagirdlərə verilib.

S.Mehbalıyev deyib ki, dünya azərbaycanlıların həmrəylik günü münasibətilə Konfederasiyanın qərarı əsasında “Bu mənim peşəmdir” adı altında müsabiqə keçirilib. Tədbirdə müsabiqənin qalibi olan 12 nəfər təhsil işçisi mükafatlandırılıb. Müsabiqədə 1-ci yer tutan təhsil işçilərinə 200, 2-ci və 3-cü yerləri tutan təhsil işçilərinə isə müvafiq olaraq 150 və 100 manat təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR