Bank Of Baku

BMT nümayəndəsi Milli QHT Forumunda olub

BMT nümayəndəsi Milli QHT Forumunda olub
# 16 noyabr 2011 12:22 (UTC +04:00)
Bakı-APA. Milli Qeyri-Hökumət Təşkilatları Forumunda BMT İqtisadi-Sosial Şurasının (ECOSOC) QHT-lər üzrə bölməsinin rəhbəri cənab Andrey Abramovla görüş keçirilib. Forumun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı forumun prezidenti Rauf Zeyni qurumun 12 illik fəaliyyəti, Azərbaycanda vətəndaş cəmiyyətinin vəziyyəti, nailiyyətləri və problemləri haqqında məlumat verib.
A.Abramov QHT-lərin, vətəndaş cəmiyyətinin inkişafı ilə əlaqədar olaraq beynəlxalq təcrübədən danışıb, Banqladeş, Braziliya, Uruqvay və digər ölkələrin QHT təcrübəsi haqqında məlumat verib. Qeyd olunan ölkələrdə QHT-lərin çox böyük imkanlara malik olduğunu qeyd edərək bildirib ki, məsələn, Banqladeşdə QHT-lərin illik büdcəsi 2 milyard dollardan artıqdır. Eyni zamanda, bu ölkələrin təcrübələrinin Azərbaycan üçün faydalı olduğunu qeyd edib. Qonaq Azərbaycandan hələlik yalnız 5 QHT-nin BMT İqtisadi-Sosial Şurasına (ECOSOC) üzv olduğunu və bu təmsilçiliyin gələcəkdə daha da gücləndirilməsinin vacibliyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR