Bank Of Baku

Serbiya Gənclər və İdman Nazirliyinin nümayəndə heyəti və Azərbaycan gənclər təşkilatları rəhbərlərinin iştirakı ilə dəyirmi masa keçirilib

Serbiya Gənclər və İdman Nazirliyinin nümayəndə heyəti və Azərbaycan gənclər təşkilatları rəhbərlərinin iştirakı ilə dəyirmi masa keçirilib
# 16 noyabr 2011 13:08 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Serbiya Gənclər və İdman Nazirliyinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti və respublika gənclər təşkilatları rəhbərlərinin iştirakı ilə dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, görüşdə iki ölkənin gənclərlə iş sahəsində növbəti illər üçün əməkdaşlıq perspektivləri ətrafında müzakirə aparılıb.

Qonaqları salamlayan gənclər və idman nazirinin müavini İntiqam Babayev Azərbaycanda dövlət gənclər siyasəti, mövcud durum, ölkədə gənclər təşkilatlarının fəaliyyəti və onlara yaradılan şərait haqqında danışıb. Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri Fuad Muradov və digər gənclər qurumlarının rəhbərləri fəaliyyət istiqamətləri haqda məlumat veriblər.

Serbiya nümayəndə heyəti adından danışan Zmiljka Zivanovic və Aleksandr Borisavijevic təmsil etdikləri ölkədə gənclərin ictimai-siyasi proseslərdə iştirakı və dövlət siyasətindən bəhs edərək azərbaycanlı həmkarları ilə təcrübə mübadiləsində maraqlı olduqlarını diqqətə çatdırıblar.

Dəyirmi masanın yekununda “British Council” tərəfindən “Fəal vətəndaşlar” proqramının iştirakçıları sertifikatlarla təltif edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR