Bank Of Baku

Gəncədə tarixi abidələrin siyahıya alınması və pasportlaşdırılması ilə bağlı komissiya yaradılıb

Gəncədə tarixi abidələrin siyahıya alınması və pasportlaşdırılması ilə bağlı komissiya yaradılıb
# 16 noyabr 2011 13:19 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Gəncə şəhərinin tarixi abidələrinin siyahıya alınması və pasportlaşdırılması həyata keçiriləcək. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu məqsədlə Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən geniş tərkibli komissiya yaradılıb. Komissiyanın əsas fəaliyyət istiqaməti şəhərdə olan tarixi abidələri müəyyənləşdirərək siyahıya almaq və pasportlaşdırılmasını təmin etməkdən ibarətdir.
Gəncə şəhərinin tarixi abidələrinin elmi baxımdan araşdırılması, eyni zamanda onların pasportlaşdırılması məqsədi ilə AMEA Gəncə Regional Elmi Mərkəzinin (GREM) direktoru Fuad Əliyevin rəhbərliyi ilə alimlərdən ibarət işçi qrupu yaradılıb. GREM-in nəzdində tarixi abidələrin qorunması ilə bağlı 24 saat müddətində fəaliyyət göstərən qərargah da yaradılıb. Şəhər sakinləri qərargahda mövcud olan “qaynar xətt” vasitəsilə tarixi abidələrlə bağlı məlumatlarını bildirmək imkanı əldə ediblər. AMEA alimlərindən ibarət işçi qrupu tərəfindən Gəncə tarixi abidələrinin ensiklopediyasının hazırlanması da nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR