Bank Of Baku

ATƏT DTİHB: Ötən il Azərbaycanda milli, dini və irqi zəmində cəmi bir cinayət hadisəsi törədilib

ATƏT DTİHB: Ötən il Azərbaycanda milli, dini və irqi zəmində cəmi bir cinayət hadisəsi törədilib
# 16 noyabr 2011 13:42 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. ATƏT regionunda nifrət zəminində cinayətlərin törədilməsi yenə də ciddi problem olaraq qalmaqdadır. APA-nın məlumatına görə, bu tezis ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun hazırladığı “ATƏT regionunda nifrət zəminində cinayətlər – insidentlər və cavab tədbirləri” adlı hesabatda öz əksini tapıb. Beynəlxalq Tolerantlıq Günü münasibətilə dərc olunan hesabatda ATƏT üzvü 33 ölkəyə göndərilmiş sorğunun cavabları, həmçinin 93 QHT-nin təqdim etdiyi məlumatlar analiz edilib.

2010-cu ili əhatə edən hesabata əsasən ötən il etnik və dini mənsubiyyətinə görə, çoxlu sayda qorxutma, təhdidlər, vandalizm, yanğın törətmək, hücum və qətl hadisələri baş verib. Bu qəbildən olan cinayətlərin böyük əksəriyyətinin əsasında etnik, dini və irqi mənsubiyyət faktoru durur.

Azərbaycan da ATƏT DTİHB-yə zəruri məlumatları təqdim edib. Hesabata əsasən, 2010-cu ildə polis tərəfindən ölkədə etnik, milli və irqi zəmində cəmi bir cinayət hadisəsi qeydə alınıb. 2009-cu ildə isə belə fakt baş verməyib. Müqayisə üçün qeyd edək ki, Gürcüstanda ötən il 19 belə cinayət hadisəsi qeydə alınıb, Avropa ölkələrində, əsasən İsveç və Finlandiyada belə cinayət hadisələrinin sayı minlərlədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR