Bank Of Baku

Səhiyyə Nazirliyi: İnnovasiya və Tibb Təchizatı İdarəsinin xüsusi anbarlarında bütün növ dərman və tibbi ləvazimatlar var

Səhiyyə Nazirliyi: İnnovasiya və Tibb Təchizatı İdarəsinin xüsusi anbarlarında bütün növ dərman və tibbi ləvazimatlar var
# 16 noyabr 2011 13:49 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Səhiyyə Nazirliyi (SN) İnnovasiya və Tibb Təchizatı İdarəsinin xüsusi anbarlarında dərman çatışmazlığı haqda olan məlumatları təkzib edib. APA-nın xəbərinə görə, SN-in mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki,
son günlər bəzi mətbu orqanlarda Azərbaycan Respublikası İnnovasiya və Tibb Təchizatı İdarəsinin xüsusi anbarlarında dərman çatışmazlığı haqqında həqiqətə uyğun olmayan, yanlış məlumatlar dərc olunur: “Bu tip əsassız yazılara münasibət bildirən Səhiyyə Nazirliyinin Mətbuat Xidməti deyilənləri təkzib edir. Bildirir ki, İnnovasiya və Tibb Təchizatı İdarəsinin xüsusi anbarlarında bütün növ dərman və tibbi ləvazimatlar var. İdarə bu ləvazimatlarla dövlət tərəfindən maliyyələşən və Səhiyyə Nazirliyinin tabeçiliyində olan tibb müəssisələrini lazımi qədər təmin edir.

Səhiyyə Nazirliyinin mətbuat xidməti eyni zamanda belə əsassız məlumatları dərc edən mətbu orqanlarının diqqətinə çatdırır ki, bu tip yazılar səhiyyə sektorunda görülən işlər və həyata keçirilən layihələrə kölgə sala bilməz və yaxşı olardı ki, belə yazıları dərc edən qəzet müxbirləri məqaləni yazarkən birtərəfli mövqedən çıxış etməsinlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR