Bank Of Baku

Respublika Seysmoloji Xidmət Mərkəzi: Xəzər dənizinin seysmik rejimi dəyişməyib

Respublika Seysmoloji Xidmət Mərkəzi: Xəzər dənizinin seysmik rejimi dəyişməyib
# 18 noyabr 2011 11:31 (UTC +04:00)
Hazırda Xəzər dənizində seysmiklik fon səviyyəsindədir”. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmologi və geodinamik tədqiqatlar şöbəsinin rəhbəri Tahir Məmmədli bildirib. Onun sözlərinə görə, Xəzər dənizində, Astara şəhərindən 40 kilometr şərqdə bu gecə baş verən zəlzələ 3,1 maqnitudada zəif təkan olub və hiss olunmayıb. T. Məmmədli qeyd edib ki, ümumiyyətlə, Astara ərazisi Xəzərin Abşeron sahilləri ilə müqayisədə seysmik cəhətdən aktiv zona deyil: “Xəzərdə dünən baş verən digər zəlzələ isə dənizin Türkmənistan sahillərində qeydə alınıb. Həmin ərazidə aktiv qırılma zonası yerləşir və belə zəif təkanların olması normaldır”.

Qeyd edək ki, noyabrın 3-də, 15-də və 16-da da Xəzər dənizində zəlzələlər qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR