Bank Of Baku

İslam regionu fəlsəfə tarixinin tədrisi və tədqiqi problemləri ilə bağlı beynəlxalq elmi-nəzəri konfrans keçirilib

İslam regionu fəlsəfə tarixinin tədrisi və tədqiqi problemləri ilə bağlı beynəlxalq elmi-nəzəri konfrans keçirilib
# 18 noyabr 2011 11:56 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda “Dünya fəlsəfəsi kontekstində İslam regionu fəlsəfə tarixinin tədrisi və tədqiqi problemləri” mövzusunda beynəlxalq elmi-nəzəri konfrans keçirilib. APA-nın məlumatına görə, konfransda çıxış edən institutun direktoru İlham Məmmədzadə bildirib ki, UNESCO-nun təsis etdiyi “Ümumdünya Fəlsəfə Günü"nə həsr olunmuş tədbirdə Azərbaycan alimləri ilə yanaşı, Türkiyə, Misir, İran İslam Respublikası, İordaniya, Mərakeş və Fransadan da alimlər iştirak edir. O bildirib ki, müasir dövrdə fəlsəfə tarixinin tədqiqi çox aktuallaşıb. Xüsusilə də İslam regionu ölkələrinin fəlsəfə tarixləri ümumdünya fəlsəfə tarixi kontekstində tədqiq olunmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR