Bank Of Baku

Azərbaycanda iki texniki peşə məktəbi akkreditasiyadan keçib

Azərbaycanda iki texniki peşə məktəbi akkreditasiyadan keçib
# 18 noyabr 2011 12:02 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bu gün Təhsil Nazirliyində Akkreditasiya Şurasının növbəti iclası keçirilib. İclasda Mingəçevir 1 nömrəli Peşə Məktəbi və Balakən 1 nömrəli Peşə Məktəbinin akkreditasiyasının nəticələri müzakirə olunub. Nazirlikdən APA-ya verilən məlumata görə, iclasda Mingəçevir 1 nömrəli Peşə Məktəbi və Balakən 1 nömrəli Peşə Məktəbinin akkreditasiyası zamanı aşkar olunmuş çatışmazlıqların müvafiq vaxt ərzində aradan qaldırılması ilə bağlı konkret tapşırıqlar verilib. Hər iki təhsil müəssisəsinin fəaliyyətinin “kafi” qiymətləndirilməsi və müvafiq ixtisaslarının akkreditə olunması barədə qərar qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR