Bank Of Baku

Azərbaycanın Qəbələ rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün bina istifadəyə verilib

Azərbaycanın Qəbələ rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün bina istifadəyə verilib
# 18 noyabr 2011 12:32 (UTC +04:00)
Bakı – APA-Economics. Azərbaycan prezidenti İlham Əliyev Qəbələ rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş 36 mənzilli binanın istifadəyə verilməsi mərasimində iştirak edib. “APA-Economics”-in məlumatına görə, Azərbaycan prezidenti mənzillərdə yaradılmış şəraitlə tanış olub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov bildirib ki, mənzillərdə yaşayış üçün hər cür şərait yaradılıb.

Prezident İ. Əliyev Qarabağ müharibəsi əlilləri və şəhid ailələri ilə görüşüb, yeni mənzillərin orderlərini və avtomobillərin açarlarını sahiblərinə təqdim edib.

Qarabağ müharibəsi əlilləri və şəhid ailələri dövlət başçısına onlara göstərdiyi diqqət və qayğıya görə minnətdarlıq ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR