Bank Of Baku

Salyan sakinləri Salyan-Şirvan magistral yolunu bağlayıblar - FOTO

Salyan sakinləri Salyan-Şirvan magistral yolunu bağlayıblar - <font color=red>FOTO</font>
# 18 noyabr 2011 12:55 (UTC +04:00)
Şirvan. Əlibəy Zeynallı - APA. Salyan rayonunun Qarabağlı kənd sakinləri kəndə təbii qazın verilməməsinə etiraz olaraq, Salyan-Şirvan magistral yolunu bağlayıblar. APA-nın yerli bürosunun xəbərinə görə, bu gün səhər saat 10:00 radələrində Salyanın Qarabağlı kəndi ərazisində 500-dən çox sakin aksiya keçirib. Sakinlər bildiriblər ki, kənddə neft quyularından çıxan təbii qazı Qaz İstismar İdarəsi əhaliyə verməyərək havaya buraxır. Sakinlər isə mənzillərini qızdırmaq problemi ilə üzləşirlər. Yeli sakinlər yaranmış vəziyyətlə bağlı həmin ərazidən millət vəkili seçilmiş Fəzail Ağamalıdan da narazılıqlarını bildiriblər. Təxminən 3 saat yarım Şirvan-Salyan yolunu bağlı saxlayan sakinlər polis müdaxiləsindən sonra yolu açıblar.
Salyan Qaz İstismar İdarəsinin rəisi Xəyyam Rzayev aksiya keçirilən əraziyə gələrək qeyd edib ki, magistral qaz kəməri yenidən çəkilir və qısa vaxtda bu kəndlə yanaşı, 21 yaşayış massivinə qaz veriləcək. Onun sözlərinə görə, Qarabağlı kəndinin sakinlərinə verilən qazın kəsilməsinə əhalinin rezin borularla xətt çəkmələri səbəb olub. Aksiyaçılar isə idarə rəisinin arqumentinin əsassız olduğunu bildiriblər. Onlar təbii qaz verilməyəcəyi halda yenidən aksiya keçirəcəklərini açıqlayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR