Bank Of Baku

Serbiyanın Gənclər və İdman Nazirliyinin nümayəndələri Gəncəyə səfər edib

Serbiyanın Gənclər və İdman Nazirliyinin nümayəndələri Gəncəyə səfər edib
# 18 noyabr 2011 13:00 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov - APA. Serbiyanın Gənclər və İdman Nazirliyinin nümayəndələri Gəncəyə səfər edib. Gəncə şəhər Gənclər və İdman İdarəsindən APA-nın Qərb bürosuna verilən məlumata görə, 10 nəfərlik nümayəndə heyətinin Gəncəyə səfərinin əsas məqsədi iki ölkə gəncləri arasında əlaqələrin inkişaf etdirilməsi və bir sıra birgə layihələrin həyata keçirilməsidir. Nümayəndə heyəti ilə keçirilən görüş zamanı qonaqlara Azərbaycanda gənclərə göstərilən diqqət və qayğıdan danışılıb. Bildirilib ki, Azərbaycanda gənclər üçün xüsusi dövlət proqramı həyata keçirilir.
Tədbirdə, həmçinin gənclərin mövcud sosial problemlərindən, informasiya texnologiyalarından istifadənin zəruriliyindən danışılıb. Bildirilib ki, gələcəkdə bir sıra müştərək layihələrin həyata keçirilməsi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR