Bank Of Baku

Astanada “Türk xalqlarının vahid terminologiya sözlüyünün yaradılması təcrübəsi” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib

Astanada “Türk xalqlarının vahid terminologiya sözlüyünün yaradılması təcrübəsi” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib
# 18 noyabr 2011 14:19 (UTC +04:00)
Bakı. Azər Mustafayev-APA. Astanada “Türk xalqlarının vahid terminologiya sözlüyünün yaradılması təcrübəsi” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. APA-nın Qazaxıstan mətbuatına istinadən verdiyi məlumata görə, tədbirdə türk xalqlarının elm sahəsindəki əlaqələrinin möhkəmləndirilməsi, informasiya texnologiyaları sahəsindəki terminlər əsasında vahid terminoloji fondun yaradılması müzakirə olunub.

Konfransda həmçinin Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Çuvaşiya, Saxa Respublikası (Yakutiya), Türkiyə, Tatarıstan, Azərbaycandan olan alimlərin hesabatları dinlənilib, informasiya texnologiyaları ilə bağlı terminologiya məsələləri müzakirə edilib.
Qeyd edək ki, türk xalqlarının vahid terminologiya sözlüyünün yaradılması istiqamətində ilk qərar 1999-cu ildə qəbul edilib. 2001-ci ildə informasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında türk xalqları arasında ilk forum təşkil olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR